"EuroHome”da yanğının söndürülməsinə təyyarə və 3 helikopter cəlb olunub - VİDEO

OXUNUB: 934 index-manşet AZƏRBAYCAN HADİSƏ SOSİAL

Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin "BE 200 ÇS” amfibiya təyyarəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

***

Saat 10:40

Xəbərə yeni fotolar və video əlavə edilib.

***

09:50

Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin 3 helikopteri cəlb olunub.

Bu barədə İCMAL.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Əlavə məlumat veriləcək.

***

09:35

"Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verən əraziyə dərhal Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb edilib, "Çağırış 3" elan olunub”.

Bu barədə İCMAL.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

***

09:00

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda "EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

İCMAL.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

 ***

08:28

Bakıda səhər saatlarında ticarət obyektlərindən birində yanğın başlayıb.

İCMAL.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Xırdalan dairəsinə yaxın ərazidə yerləşən "Eurohome” Ticarət Mərkəzində qeydə alınıb. 

Qeyd edək ki, sözügedən ticarət mərkəzində əsasən inşaat materialları satılır.

RƏYLƏR