Eurovision-da qucaqda gəzən Səmradan EROTİK klip – VİDEO

OXUNUB: 931 ŞOU-BİZNES

2016-cı ildə Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində "Miracle" mahnısı ilə təmsil edən və 17-ci yeri qazanan müğənni Səmra Rəhimli ötən gün mətbuat konfransı təşkil edərək "Tərs gedir" adlı yeni klipini təqdim edib.

İcmal.Az oxu.az-a istinadən xəbər verir ki, ifaçı tədbirə anası və keçmiş model İlahə Baxşıyeva ilə birgə qatılıb. Tədbir zamanı müğənni şən olmayan əhval-ruhiyyəsi ilə jurnalistlərin diqqətini cəlb edib. O, buna səbəb kimi həyəcanlı olduğunu göstərib.

S.Rəhimli mahnının müəlliflərinin Orxan Qarabasma ilə Anar olduğunu, klipi isə Fərhad Əlinin lentə aldığını söyləyib.

 

"Hər kəsin həyatında sevdiyi, lakin unutmaq istədiyi şəxs olur. Mahnı elə bu mövzudadır. Əslində, başqa mahnıya klip çəkdirmək istəyirdim, lakin bu mahnının əhatə etdiyi mövzu və musiqisi diqqətimi cəlb etdi, ona görə də məhz buna klip çəkdirdim", - deyə S.Rəhimli bildirib.

 

İcmal.Az

RƏYLƏR