“Eurovision”un loqo və şüarı bəlli oldu

OXUNUB: 1067 ŞOU-BİZNES

Ukraynanın paytaxtı Kiyev şəhərinin Beynəlxalq Sərgi Mərkəzində Gürcüstan nümayəndə heyəti mətbuat konfransı keçirərək Tiflis şəhərində keçiriləcək "Junior Eurovision”un rəsmi loqo və şüarını ictimaiyyətə təqdim edib. 

İcmal.Az xəbər verir ki, şüar və loqo günəşli Gürcüstanı özündə təcəssüm edir.

15-ci dəfə keçiriləcək müsabiqə "Shine Bright” şüarı altında noyabr ayının 26-da Tiflis İdman Sarayında baş tutacaq. 

Qeyd edək ki, mətbuat konfransında müsabiqənin sonuncu qalibi Mariam Mamadashvilidə iştirak edib.

 

 

RƏYLƏR