Evə gec gələn qardaşını döyə-döyə öldürdü

OXUNUB: 730 DÜNYA

Türkiyənin Bilecik rayonunun Söyüd mahalında böyük qardaşı tərəfindən döyüldüyü iddia edilən 13 yaşlı uşaq ölüb.

İcmal.Az Hürriyet-ə istinadən xəbər verir ki, Cumhuriyet Məhəlləsində Hakan Əhməd Ş. (18) ilə qardaşı S. Ş (13) arasında evə gec gəlmə məsələsinə görə mübahisə yaşanıb. Mübahisənin böyüyüb davaya çevrilməsi nəticəsində Hakan Əhməd Ş. qardaşını döyüb.

Halı pisləşən yeniyetməni ətrafdakıların xəbərdarlığı ilə hadisə yerinə gələn təcili yardım əməkdaşları Söyüt Dövlət Xəstəxanasına aparıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. 

 

Hakan Əhməd Ş. isə həbs olunub.

İcmal.Az

RƏYLƏR