Evə girən oğru qadına hücum etdi

OXUNUB: 1033 HADİSƏ

Lənkəranda oğurluq olub.

Hadisə avqustun 28-də gecə saatlarında rayonun Sütəmurdov kəndində baş verib. 
Belə ki, Azad Şəfiyevin evinə oğru girib. 

İcmal.Az report-a istinadən xəbər verir ki, evə girən naməlum şəxs A.Şəfiyevin həyat yoldaşını itələyib və o, yıxılaraq başı döşəməyə dəyib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. A.Şəfiyevin həyat yoldaşına ilkin tibbi yardım göstərilib. Səs-küy yarandığını görən naməlum şəxs heçnə oğurlaya bilmədən qaçıb.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

 

İcmal.Az 

RƏYLƏR