Evə içkili gəlib bacısını zorladı - Hamilə qızı başqasına verdilər - Türkiyədə

OXUNUB: 1252 HADİSƏ

Türkiyənin Zonquldağ rayonunda bacısını zorladığı iddiasıyla mühakimə olun M.K. peşman olduğunu söyləyib.

İCMAL.Az gazetevatan-a istinadən xəbər verir ki, hadisə, 2011-ci ilin may ayında baş vermişdi. Mədən işçisi olan M.K. iddiaya görə, evə içkili halda gələrək bacısı C.K.-nı zorlayıb. M.K. eyni hərəkəti sonra daha iki dəfə təkrarlayıb. Bu müddətdə hamilə qalan C.K. kənd muxtarı və yaxınları tərəfindən başqa bir kişiyə ərə verilib.

 

Evləndikdən sonra körpəsini dünyaya gətirən C.K. 5 il sonra Ailə və Sosial Siyasətlər Rayon İdarəsinə müraciət edərək vəziyyəti izah edib. DNT testi zamanı körpənin atasının M.K. olduğu məlum olub.

Keçən ilin noyabr ayında həbs olunub.
 
Məhkəmə C.K.-nın ifadəsinin yenidən alınması üçün prosesi təxirə salıb.

RƏYLƏR