Evin hasarı üstünə aşdı - XIRDALANDA

OXUNUB: 525 HADİSƏ

Xırdalan şəhərində bədbəxt hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.

Hadisə şəhərin mərkəzində baş verib.

1982-ci il təvəllüdlü Əliyev İntiqam Amin oğlu fərdi yaşayış evinin yanından keçərkən evin hasarı onun üstünə aşıb. Nəticədə İ.Əliyev müxtəlif nahiyələrindən xəsarətlər alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib./report

 

İcmal.Az

RƏYLƏR