Evində meyiti tapılan şəxsin intihar etdiyi məlum olub - YENİLƏNİB

OXUNUB: 969 HADİSƏ

Bakıda evində meyiti tapılan şəxsin intihar etdiyi məlum olub.

 

 Mövsüm Mustafayevin meyiti asılmış vəziyyətdə aşkar edilib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

 

 

***

 

14 sentyabr, saat 22.46

 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1962-ci il təvəllüdlü Mustafayev Mövsüm Bağır oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. /apa

 

 

İcmal.Az

RƏYLƏR