Evindən avtomat və narkotik çıxdı - Fotolar

OXUNUB: 3912 HADİSƏ

Astara sakinindən avtomat silah və narkotik vasitələr götürülüb.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Astara şəhəri Qum küçəsi ev 130-da qeydiyyatda olan 1985-ci il təvəllüdlü Şiriyev Vüqar Fərhad oğlunun evinə baxış keçirilib.

Baxış zamanı onun mənzilindən 1 kq-dan çox çəkidə olan heroin, 5,4 qr həşiş qətranı, ümumi çəkisi 540 qr olan tiryək və 1 ədəd 410 kalibri "Sayqa” markalı pnevmatik avtomat silah, bir ədəd sandıqça və həmin silaha aid 31 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı polis şöbəsində araşdırma aparılır./report

İcmal.Az

 




RƏYLƏR