Əziz Əzizov sınaqdan çıxa bilmir - bu vəzifədən sonuncu iş yeri kimi tezliklə yola salınacaq...

OXUNUB: 575 index-manşet HADİSƏ
Yasamalın başı qalmaqalda olub, desək, yanılmarıq. Ən azından hazırki icra başçısı Əziz Əzizova qədər bu rayona rəhbərlik edən İbrahim Mehdiyevin hansı şəraitdə postunu itirdiyini xatırlasaq, yetərlidir.

İndi də anoloji aqibəti, amma daha erkən formada Əziz Əzivov yaşaya bilər. Bu barədə mətbuata daxil olan informasiyalardan anlaşılır.

İcmal.Az-ın məlumatına görə, belə ki, dia.az-ı bilgiləndirən mötəbər qaynağın iddialarına görə, son zamanlar Yasamal RİH-dən narazılıqların artması, xüsusən də sahibkarlara qarşı yerli icra striktirlarının qızışdırıcı, təhrikedici mövqedən yanaşması "yuxarıların" da diqqətindən yayınmayıb. Mənbənin söylədikləri:

"Əziz Əzizov əslində Yasamal kimi konfliktli bir rayona rəhbər gətirilərkən üzərinə düşən məsuliyyət yükünü tam olaraq dərk etməli idi. Cənab prezidentin ona hansı etimadı göstərdiyinin fərqinə varmalı idi. Özü də belə bir münaqişəli şəraitdə. Amma görünəni odur ki, Əziz Əzizov nəinki gərilən əsəbləri sakitləşdirmək haqqında düşünmür, əksinə, vəziyyəti daha da dramatikləşdirir".

Mənbə bildirir ki, Əziz Əzizovla bağlı məsələ artıq diqqət mərkəzindədir: "Azərbaycanın təcrübəsində hansısa icra başçısının məlum ənənəvi beş illik müddətdən erkən işindən uzaqlaşdırılması halı müşahidə olunub. Əziz Əzizov ən azından bu faktı unutmamalı, himayədarlarına çox bel bağlamamalıdır. Bunun peşmançılığını çəkə bilər. Çünki ondan narazılıq edən sahibkarların cənab prezidentimiz dövlətin əsas söykənəcəyi, iqitisadiyyatımızın bel sütunu olduğunu dəfələrlə ifadə edib".

Mənbə bildirir ki, hazırda bir neçə sahibkarın icra hakimiyyəti ilə konflikti araşdırılır.

 
İcmal.Az

RƏYLƏR