Facebook 2 ildən sonra Trampın qərarını açıqlayıb

OXUNUB: 143 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Meta iki ildən sonra Trampın həm Facebook, həm də Instagram hesablarını bərpa edəcəyini açıqladı. Mövzu ilə bağlı açıqlamasında şirkətin Qlobal Məsələlər Müdiri Nik Kleq vəziyyəti mövcud təhlükəsizlik mühitinin ekspert qiymətləndirmələrini ehtiva edən Böhran Siyasəti Protokoluna görə qiymətləndirdiklərini bildirib. Trampın hesablarının artıq ictimai təhlükəsizlik üçün ciddi risk olmadığı qənaətinə gəldiklərini ifadə edən Kleq: "Buna görə də cənab Trampın Facebook və Instagram hesablarını yaxın həftələrdə yenidən açacağıq”-dedi.

7NEWS.az

RƏYLƏR