Facebook üzərindən fırıldaqçılar öz ´xəstə övladlarına´ görə pul toplayırlar – DİQQƏT, ALDANMAYIN!

OXUNUB: 3317 HADİSƏ

 

Bu günlərdə 7NEWS.az redaksiyasına facebookda öz xeyirxah əməlləri ilə yadda qalan bir qurupdan müraciət daxil olub. "BALACA KAMİLLANIN HƏYATINI XİLAS EDƏK” adlı qrupun moderatoru müraciətində qeyd edir ki, bugünə qədər bu qrup 13 uşağın həyatını xilas edib və hər zaman şəffaf fəaliyyət göstərib.

Şikayət xarakterli müraciətin məğzini təqdim edirik: Günlərin birində qrupa Nigar Mustafayeva-Şirvanlı adlı xanım müraciət edir. O, oğlu İlfanın serebral iflicdən əziyyət çəkdiyini qeyd edir və müalicəsinin yalnız 8500 dollar müqabilində Türkiyənin ROMATEM klinikasında mümkün olduğunu qeyd edir. Bu məbləğə həm də nəqliyyat, otel və fizioterapiya xərcləri də aid idi. Qrupda isə 10 000 dollar vəsait toplandı.

Əsas məsələ də məhz bundan sonra baş verdi. Belə ki, səfərə 2 həftə qalmış Nigar xanım fikrini dəyişdiyini və Türkiyəni Truskaveçlə əvəz etdiyini dedi. Biz ondan həkimin əlaqə vasitələrini istədikdə isə o, bundan qəti şəkildə imtina etdi. Sonra biz öz əlaqələrimizdən istifadə edərək Truskaveç xərclərini öyrənə bildik. Nigar Mustafayeva isə Truskaveç xərclərinin 10 000 dollar olduğunu dedi və beləliklə növbəti yalana imza atdı. Bizim qrupun moderatoru isə oradakı xərcləri tam olaraq öyrəndi. Müalicə kursu 850 dollardır və 12 gün davam edir. Həkim isə məbləğin 5 min avro olduğunu təsdiq etdi. Məhz bundan sonra Nigar Mustafayevada isterika başlandı və o heç kimin qarşısında hesabat verməyəcəyini dedi.

İlfan üçün vəsaitin toplanmasına 25 iyundan STOP verilib. Biz ilkin mərhələdə məsələni hüquqi müstəvidə həllinə çalışırıq. Eyni zamanda, Nigar Mustafayevanı da öz səhifəsində müraciətlərə son qoymasını, insanları aldatmaması ilə bağlı xəbərdarlıq etdik. O, isə öz növbəsində bütün qrup üzvlərini bloka atdı.

Bundan sonra baş verənlər isə hər kəsi şoka saldı. Belə ki, Nigarın hesabına qrup tərəfindən köçürülən pullar xəstə övladının müalicəsinə xərclənmədi. Nigar isə yazışmalarda pulların geyim və ərzaqa sərf edildiyini deyir. Bundan başqa o, "mən özümü xöşbəxt hiss etmək istəyirəm” kimi xəstə açıqlamalar verir.

Məlumat üçün qeyd edək ki, Nigar Mustafayeva-Şirvanlının 25 yaşı var və Suraxanıda anası və oğlu ilə kirayədə yaşayır. Məlumatda qeyd olunur ki, Nigar həm də saxta yollarla əlillik dərəcəsi alıb. Ən azından özü əlil olduğunu qeyd edir.

Hal-hazırda facebookda FIRILDAQÇI NİGAR MUSTAFAYEVAYA-ŞİRVANLIYA aldanmamaq, onun qurbanına çevrilməmək üçün bütün qruplarda, səhifələrdə müraciətlər yayılır

(https://www.facebook.com/groups/866610360116353/permalink/1224361824341203/?hc_location=ufi).

 

REDAKSİYADAN: Əziz və dəyərli oxucularımız! Sizi sosial şəbəkələrdə bu kimi fırıldaqçılardan uzaq olmağa səsləyirik. Əgər bu xanım haqqında hansısa digər fırıldaqçılıqla bağlı məlumatlar əldə etmisinizsə mütləq biznən paylaşın.

7NEWS.az












RƏYLƏR