"Facebook"da 3D şəkillər paylaşmaq mümkün olacaq

OXUNUB: 712 İQTİSADİYYAT

"Facebook" sosial şəbəkəsi "glTF 2.0" formatını dəstəkləməyə başlayıb. Bu, istifadəçilərə xəbər lentində 3D formatında obyektlər paylaşmaq imkanı verir.

Yenilik barədə şirkətin saytında məlumat yerləşdirilib.

"Biz bu yaxınlarda 3D paylaşım sistemi tətbiq etmişik. Bu, insanların rəqəmsal obyektləri hər tərəfdən görməsinə və onunla birgə "Facebook"un xəbər lentində işini davam etdirməsinə imkan verəcək", - deyə məlumatda bildirilir.

Yaradıcılar yazırlar ki, obyekt toxunuşa dərhal reaksiya verir və məzmunu ekrandan "çıxarma"ğa imkan verir.

Şəkili kompüterdə siçanın sol düyməsini basıb saxlamaqla və ya toxunuşla işləyən cihazlarda barmaqla sıxaraq döndərmək mümkündür./report

 

İcmal.Az

RƏYLƏR