“Faiq Ağayevi sevirəm” - 4 uşaq anası Elnarə Xəlilova - VİDEO

OXUNUB: 676 ŞOU-BİZNES

"2 insana eşq etiraf etmək istəyirəm”.

 İcmal.Az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova deyib. O, Xalq artisti Faiq Ağayevlə birlikdə ARB TV-nin "Sayqa İlə bu axşam” proqramının qonağı olub.

Müğənni efirdə həmkarı Xalq artistləri Faiq Ağayev və Aygün Kazımovanı sevdiyini bildirib:

"Hissi idarə etmək olmur. Biri də var münasibətlər. Vətəni də, dostumuzu da, övladlarımızı, həyat yoldaşımızı da sevirik. Lakin bunlarla ayrı-ayrı münasibətdəyik. Bu yaxınlarda müsahibəmdə dedim ki, iki nsana eşq etiraf etmək istəyirəm. Biri Aygün Kazımovadır, biri də Faiq Ağayevdir. Mən Faiq Ağayevi sevirəm. Amma hamı bilir ki, biz Faiqlə dost, yoldaş münasibətindəyik”.

İcmal.Az

RƏYLƏR