Faiq Qurbanovdan “TOUR OF IRAN”da etiraz: “BAYRAĞIMIZ GƏLMƏSƏ YARIŞA QATILMAYACAĞIQ” – VİDEO

OXUNUB: 845 İDMAN SİYASƏT

 

7NEWS.az "TV7 Azerbaijan”a istinadən xəbər verir ki, xoşagəlməz hadisə 2-6 oktyabr tarixlərində Təbrizdə reallaşan "Tour of İran” Beynəlxalq Velosiped yarışı zamanı baş verib. Belə ki, dünya ölkələrinin arasında Azərbaycan bayrağının olmaması Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanovun etirazına səbəb olub. Etirazdan 40 dəqiqə sonra təşkilat komitəsinin məsul şəxsləri F.Qurbanovdan üzr istəyiblər və Azərbaycan bayrağını ən yüksək mövqedə yerləşdiriblər. Yalnız bundan sonra Azərbaycan komandası yarışa qatılıb.

7NEWS.az

RƏYLƏR