Faşizm üzərində qələbənin 75-ci ilidir

OXUNUB: 231 SİYASƏT
Bu gün 9 May - Qələbə günüdür.


7News.Az xəbər verir ki,  II dünya Müharibəsində faşizm üzərində qələbə günü Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur.

 
Hitler Almaniyasi ilə aparılan bu müharibədə 640 mindən çox Azərbaycan vətəndaşı iştirak edib, onların təxminən yarısı döyüşlərdə həlak olub. 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə bir çox başqaları öz qəhrəmanlıqları şan-şöhrət qazanıblar.


Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək, adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazıblar.

 

7News.Az

RƏYLƏR