Fazil Məmmədov və Aydın Əliyev haqqında İSTİNTAQ BAŞLANDI- sabiqlər həbs edilir?-TƏCİLİ XƏBƏR

OXUNUB: 528 GÜNDƏM HADİSƏ
Məlum olduğu kimi, Fazil Məmmədov nə az, nə çox düz 17 il ölkənin vergilər naziri, Aydın Əliyev isə 12 il Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışıb.

Rəsmi mənbələrin qənaətinə görə, 2019-cu ildə proqnozdan əlavə toplanan 1 milyard manat həmin dövrə qədər Fazil Məmmədov və Aydın Əliyevin cibinə getiyi üçün hadisələr araşdırılır.

Sözügedən dövrə qədər Fazil Məmmədovun ölkənin vergilər, Aydın Əliyevin isə gömrük sisteminə rəhbərlik etdiyini nəzərə alsaq, belə çıxır ki, indiyə qədər müxtəlif yollarla büdcədən kənarda qalan 1 milyard manatın məsuliyyəti məhz adıçəkilən şəxslərin üzərindədir. Bu isə onların həbs təhlükəsi ilə üzləşmə ehtimalını birə-beş artırır. İqtisadçı ekspertlərin  və məlum hüquq mühfizə orqanlarının məlumatına əsasən yaxın günlərdə adları çəkilən sabiqlərlə bağlı istintaq başlanacaq. Həmçinin də hər iki sabiq oliqarx məmurun adı MTN işində də keçir.  Ölkə başçısının da dediyi kimi, hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməlinə görə alacaq.

Odur ki, Fazil Məmmədov və Aydın Əliyev tez bir zamanda hüquq-mühafizə orqanlarına, o cümlədən digər müvafiq qurumlara hər il büdcədən kənarda qalan 1 milyard manatın hesabatını verəcək./GUNinfo.az

RƏYLƏR