Fədayə Laçın: Azadlığa buraxılmışam, anamgildəyəm - Azadlıqda ilk açıqlaması (VİDEO)

OXUNUB: 740 GÜNDƏM SOSİAL

Fədayə Laçın bu gün səhər saatlarında azadlığa buraxılıb. Bu barədə o, özü məlumat verib. F.Laçının sözlərinə görə, saat 9 radələrində ona azad olunması və getməyə icazə verilməsi barədə bildirilib: "Mən də təcridxanadan çıxdım, taksiyə oturub anamgilə gəldim. İndi Buzovnada anamgildəyəm".

Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvətalma) maddəsi isə ittihamdan xaric olunub. Hökmdən narazı qalan F.Laçın və digərləri apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və F. Laçının cəza müddəti 2 ilə endirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR