Fələstinli modelin doğum gününə məşhur axını – FOTO

OXUNUB: 841 ŞOU-BİZNES

Dünyaca məşhur model Cici Hadid doğum günü münasibətilə möhtəşəm parti təşkil edib.

İcmal.Az xəbər verir ki, "Victoria’s Secret” mələklərindən biri olan Hadidin doğum gününün mövzusu "Qızıl qızlar” olub.

Belə ki, partiyə gələn ya qızılı geyimdən istifadə etməli, ya da üstlərində qızılı aksessuar olmalı imiş.

Lakin doğum günündən yayımlanan fotolarda qonaqların bir qisminin bu qaydaya əməl etmədiyi görünüb.

Gecəyə qatılanlar sırasında Kendal Cenner, Bella Hadid, Kara Delevayn və başqa məşhurlar olub.

Qeyd edək ki, 23 yaşına qədəm qoyan Cici fələstinli iş adamı Məhəmməd Hadid və hollandiyalı aparıcı Yolanda Hadidin evliliyindən dünyaya gəlib.

 

İcmal.Az

RƏYLƏR