Fərid Şahbazlı: “Onların etdikləri müxalifətçilik deyil”

OXUNUB: 518 SİYASƏT
"Əvvəlki dönəmlərdə də müxalifətin radikal qanadı ölkəmizə qarşı ən çirkin yollarla mübazirə aparıb”.

Bu sözləri "Şərq” qəzetinə açıqmasında "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.

QHT rəhbəri bildirib ki, hörmətli Əli Əhmədov iradlarında tamamilə haqlıdır:
"Xaricdə özünü "müxalifət” kimi təqdim edən bir qrup dağıdıcı kəsimin demokratiya və insan haqqları sahəsində çox ciddi problemləri olan, Azərbaycan torpaqlarını işğal edən Ermənistan dövlətini "nümunə” göstərməsi, düşmən ölkənin rəhbərliyini "demokrat” adlandırması cəhdlərinin şahidi olmuşuq. Həmin ünsürlər nəyin bahasına olur-olsun ağlasığmaz yollarla hakimiyyəti gözdən salmağa çalışırlar. Onların yanaşması kimlərə xidmət etdiklərini bir daha ortaya qoyur. Dəfələrlə vurğulamışıq ki, bu cür mövqedən çıxış edənlərin əksəriyyəti hazırda məskunlaşdıqları ölkələrin xususi xidmət orqanlarının təsiri altındadırlar. Əks halda bu cür bəyanatların şahidi olmazdıq”.
Gənc fəalın sözlərinə görə, radikal müxalifət tərəfindən aparılan bu siyasət çox təhlükəlidir və ölkəmizin milli maraqlara cavab vermir:
"Bu artıq hakimiyyətə müxalifətçilik deyil, birbaşa dövlətə qarşı siyasətdir. Ona görə də onların əməlləri Azərbaycan xalqı tərəfindən hər zaman olduğu kimi bu dəfə də kəskin qınanılır”.
Qeyd edək ki, Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov "facebook” səhifəsində son günlərdə mühacir müxalifətin anti-Azərbaycan təbliğatında yeni bir meylin ortaya çıxdığını yazıb. Baş nazirin müavini qeyd edib ki, Azərbaycanı yerli-yersiz tənqid etmək, müxtəlif yalanlar və böhtanlarla onun imicini zədələmək yolu seçmiş radikal müxalifət və onun mühacir qanadı təbliğat kampaniyasında Ermənistan faktorundan istifadə etməyə başlayıb: "Xüsusilə də mühacir müxalifətin Ermənistanın təbliğatçısı rolunda çıxış etməsi, ən bayağı formada Azərbaycana nümunə göstərməsi onların nə qədər ziyanlı və iyrənc vasitələrdən istifadə etmələrindən xəbər verir. Hətta onlar Ermənistanın "demokratik”, "tərəqqidə olan”, "Azərbaycandan daha üstün” ölkə obrazını yaratmaq naminə yalanlar uydurmaqdan belə çəkinmirlər”.
 
 
İcmal.Az
    

RƏYLƏR