Fəridə Abiyeva Azərbaycana qızıl medal qazandırdı

OXUNUB: 976 İDMAN
Karateçimiz (kumite) IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycana qızıl medal qazandırıb.

İcmal.Az Trend-ə istinadən bildirir ki, 61 kq-dək çəki dərəcəsində finalda təmsilçimiz Fəridə Abiyeva iranlı rəqbini Rozita Əlipurkeşkaalesaaddan tam üstün olub - 3:0.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
İcmal.Az

RƏYLƏR