Fəsillərin Azərbaycana daxil olma günləri və saatları açıqlandı

OXUNUB: 17 SOSİAL

2018-ci ildə Azərbaycana fəsillərin daxil olma vaxtı açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Publika.az-a verilən məlumata görə, yaz fəsli ölkəmizdə bu il martın 20-də Bakı vaxtı ilə saat 20:15:30 daxil olacaq.

İlin gecə-gündüz bərabərliyi iyunun 21-də yaşanacaq. Həmin gün həm də Bakı vaxtı ilə saat 14:07:18-də ölkəmizə yay fəsli daxil olacaq. Bu zaman ən uzun gündüz - 14 saat 43 dəqiqə olacaq.

Payız fəsli ölkəmizdə sentyabrın 23-də Bakı vaxtı ilə saat 05:54:06-da gələcək. Həmin gün gecə - gündüz bərabərliyi olacaq.

Qış fəsli dekabrın 22-də Bakı vaxtı ilə saat 02:22:42-də olacaq. Həmin gün ən uzun gecə 14 saat 43 dəqiqə olacaq.

Yerin Günəşə ən yaxın məsafəsi yanvarın 3-də Bakı vaxtı ilə saat 09:36-da yaşanıb. Bu zaman Yerlə Günış arasında məsafə -147 098 291 km olub, bu da Yerlə Günəş arasında orta məsafədən (149 600 000 km) təxminən 2,5 million km azdır. Yerin Günəşdən ən uzaq məsafəsi iyul 6-da yaşanacaq. Bu hadisə Bakı vaxtı ilə saat 20:48-də baş tutacaq. Bu zaman Yerlə Günəş arasındakı məsafə - 152 098 232 km, bu da təxminən 2,5 million km orta məsafədən çoxdur.

İcmal.Az

RƏYLƏR