Fəzail Ağamalının təşəbbüsü ilə autizm sindromundan əziyyət çəkən uşaqlar diqqətdən kənarda qalmadılar - FOTO

OXUNUB: 1181 Səhiyyə SOSİAL

Salyan rayonunun Noxudlu kəndindən 10 yaşlı Əmənova Mahirə İlqar qızı, 12 yaşlı Sadıqlı Ataxan Murad oğlu autizm sindromundan əziyyət çəkirlər. Təşəbbüsümlə köməkçim Xidmət Orucov uşaqlara baş çəkmiş, onları diqqətdən kənarda qoymamışdı. Uşaqlar diqqət, qayğı və sevgi içində böyüməlidirlər.
İcmal-ın xəbərinə görə, bu barədə deputat Fəzail Ağamalı "Facebook" sosial şəbəkəsindəki hesabında məlumat verib.
F.Ağamalı 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları ürəkdən təbrik edib, hər birinə sağlam və xoşbəxt həyat arzulayıb: "Arzu edirəm ki, vətənpərvər övlad kimi böyüsünlər, Dövlətimizə və Xalqımıza xidmət etsinlər".

 Fotoları təqdim edirik

RƏYLƏR