FHN Bakıda intihara cəhdin qarşısını alıb

OXUNUB: 568 AZƏRBAYCAN HADİSƏ
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Bakıda intihara cəhdin qarşısını alıb. Bu barədə FHN-dən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər ikimərtəbəli evin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

RƏYLƏR