FHN generalı İsrayıl Əliyevin otellər şəbəkəsi üzə çıxdı (FOTOLAR)

OXUNUB: 5129 Özəl Önəmli index-manşet HADİSƏ
Fövqəladə Hallar Nazirliyinin generalı Bakıda 25 milyonluq otelin sahibidir.

7news.az Unikal.org-a istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonu, Zahid Xəlilov küçəsi 63 A ünvanında yerləşən 4 ulduzlu ""Lake Palace" oteli FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru İsrayıl Əliyevə məxsusdur. 

Müassir və klassik üslubda ətrafında süni göl yaradılaraq tikilən otelin 25 milyon manatdan çox qiyməti olduğu bildirilir. Oteldə dəbdəbəli müxtəlif restoranlar, kafelər, idman zalı, masaj salonu, sauna və üzmək üçün hovuz fəaliyyət göstərir. 

FHN general-mayoru İsrayıl Əliyev otelin idarəçiliyini yaxın adamı olan Famil adlı şəxsə həvalə edib.

Otel biznesindən böyük gəlir əldə edən İsrayıl Əliyev paytaxtda daha bir 17 mərtəbəli otel tikdirib. 

Dəyəri on milyon manatlarla ölçülən həmin otelin yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır.




RƏYLƏR