FHN idarə rəisi Prezidentə qarşı: BİLGƏHDƏ SÖKÜLƏN VİLLASININ YERİNDƏ YENİSİNİ TİKDİ

OXUNUB: 1612 index-manşet GÜNDƏM HADİSƏ

7NEWS.az xəbər verir ki, bu barədə araşdırmaçı journalist Cavanşir Həsənli məlumat verib. Məlumatda qeyd olunur ki, Cəbrayıl Xanlarov bununla kifayətlənməyərək, bir villa da Qəbələdə tikdirib: "5 il əvvəl Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəsi Cəbrayıl Xanlarovun Bilgəhdə həyat yoldaşının adına olan üçmərtəbəli villası dövlət başçısının birbaşa göstərişi əsasında sökülmüşdü. İndi yerində yenisini tikib. Üstəlik birini də Qəbələnin Bum kəndində tikdirib.

Nə məsələ idisə, o vaxt cənab Xanlarov tələm-tələsik xaricdəki biznesini də ( xalça ticarəti, maşın təmiri mərkəzi, mineral suların və meyvə şirələrinin topdansatışı və s.) qapatmışdı.”

 



RƏYLƏR