FHN-nin idmançısı yeni rekorda imza ataraq Dünya Çempionatına vəsiqə qazandı

OXUNUB: 926 İDMAN
01-02.10.2017-ci il tarixində "Powerlifting” üzrə Azərbaycan kuboku baş tutub.

İcmal.Az-ın məlumatına görə, yarışda 75 kq çəki dərəcəsində Mingəcevirdən olan FHN-nin (Xüsusi Riskli Xilasetmə Xidmətinin) idmançısı Rövşən Xəlilov rekord nəticə göstərərək yenidən ən güclü olduğunu bir daha sübut edib.

Belə ki, Rövşən yerdən qaldırmada (Deadlift) 275 kq (Yeni Azerbaycan Rekordu), sinədən qaldırmada (Bencpress) 160 kq, ağırlıqla oturub qalxma hərəkətində (Squat) 215 kq və ümuminəticədə 650 kq ilə yeni rekord nəticə əldə edib.

Qeyd edək ki, idmançımız 01-05.11.2017 tarixində Moskvada keçiriləcək Dünya Çempionatına Azerbaycanı təmsil etmə hüququ qazanıb.

Biz də İcmal.Az kollektivi olaraq idmançımıza uğurlar arzu edirik.

RƏYLƏR