FİFA dünya çempionatında yenilik edəcək

OXUNUB: 1781 İDMAN İQTİSADİYYAT HADİSƏ MƏDƏNİYYƏT
FİFA 2018-ci ilin yayıında Rusiyada keçiriləcək dünya çempionatında videotəkrar sistemindən istifadə etməyi qərara alıb.

Sport7.az xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino öz açıqlamasında bildirib.

İnfantino videotəkrardan yalnız müsbət fikirlər eşitdikləri üçün yararlanacaqlarını vurğulayıb. Mundiala qədər isə bu sistemdən Konfederasiyalar Kubokunda da yararlanacaqlar.

Xatırladaq ki, 2016-cı ilin martında iki illik sınaq müddəti kimi videoköməkdən istifadəyə icazə verilib. Bu sistemdən klublararası dünya çempionatı və İtaliya B Seriyasında yararlanıblar.

Sport7.az

RƏYLƏR