Filipp Kirkorovun konsertində terror aktına cəhd

OXUNUB: 695 ŞOU-BİZNES

Rusiyada qadağan olunmuş "İslam Dövləti”nin döyüşçüləri müğənni Filipp Kirokorovun konsertində terror aktı həyata keçirmək istəyiblər.

Oktyabrın 14-də Mahaçqalada həbs olunan terrorçular iyulun 6-da F.Kirkorovun konsertində üç partlayıcı qurğunu işə salmağa cəhd ediblər.

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə yaxın mənbə ekstremistlərin planlarının reallaşmasına maneə törədən səbəbi söyləməyib.

Terrorçulardan 4-ü həbs olunub, onlardan 3-nün (Həbibulla Xalduzov, Samir İbrahimov, Xıdırnəbi Kazuyev) adı məlumdur, bir nəfərin kimliyi isə hələlik açıqlanmayıb./oxu

İcmal.Az

RƏYLƏR