Filippin HHQ səhvən öz hərbçilərinə zərbə endirib: 10 nəfər ölüb

OXUNUB: 633 DÜNYA

Filippinin cənubunda yerləşən Maravi şəhərində islamçı ekstremistlərə qarşı əməliyyat keçirilib, aviazərbə nəticəsində ən azı 10 hərbçi ölüb.


"Hərbçilər bizim aviazərbəyə məruz qalıblar. Biz itki vermişik, 10 nəfər ölüb, 8 nəfər isə yaralanıb”, - ölkənin müdafiə naziri Delfin Lorenzanın bəyanatında deyilir. 

Yerli hakimiyyət hadisənin səbəblərinin araşdırılmasını vəd edib. 

Maravidə artıq bir həftədən artıqdır ki, hərbçilər və "İslam dövləti” ekstremist qruplaşmasına aid olan yaraqlılar arasında qarşıdurma davam edir. 

Yüzdən çox adamın öldüyü döyüşlər islamçıların yerli liderini saxlamaq cəhdindən sonra başlayıb. /oxu

İcmal.Az

RƏYLƏR