Filippin Konqresi prezidentə impiçment elan etməkdən imtina edib

OXUNUB: 861 DÜNYA

Filippin Konqresinin komitəsi ölkə prezidenti Rodriqo Dutertenin impiçmentinə dair təklifi qəbul etməyib.

Ədliyyə komitəsinin üzvləri müxalifətçi siyasətçi Hari Alexanonun prezidentə qarşı şikayətinin əleyhinə çıxış ediblər. 

Alexano Duterteni səlahiyyətlərindən sui-istifadə etməkdə, narkotik istifadəçilərinin və alverçilərinin məhkəməsiz qətlini təsdiqləməkdə, ölkənin dəniz sərhədlərinin təhlükəsizliyini təmin edə bilməməkdə ittiham edirdi.

Ölkəyə 2016-cı ildən rəhbərlik edən Duterte lazım gələrsə, milyonlarla qurban verərək narkobiznesə və korrupsiyaya son qoyacağını vəd edib. Keçən ilin dekabrında üç narkotik alverçisini şəxsən öldürdüyünü etiraf edib. 

Dutertenin bəyanatı beynəlxalq hüquq-mühafizə təşkilatları və digər ölkələr tərəfindən dəfələrlə qınaq obyektinə çevrilib. Prezidentin özü bu tənqidə sərt reaksiya verib, o, nəinki hüquq mühafizəçilərinin, beynəlxalq liderlərin, hətta Roma Papasının ünvanına da birbaşa təhqiredici ifadələr söyləyib. /oxu.az

 

İcmal.Az

RƏYLƏR