Finlandiya bu tarixdən sərhədlərini rus turistlər üçün bağlayır

OXUNUB: 248 Özəl DÜNYA

Finlandiya hökuməti Rusiya sərhədində sərnişin axınını əhəmiyyətli dərəcədə məhdudlaşdıracağını və sentyabrın 30-dan turist vizası ilə gedən Rusiya vətəndaşlarının ölkəyə girişini qadağan edəcəyini açıqlayıb.

7NEWS.az xəbər verir ki, Xarici işlər naziri Pekka Haavisto keçirdiyi mətbuat konfransında, "Qərar rus turistlərin Finlandiya ərazisinə daxil olmasını və tranzit keçməsini tamamilə əngəlləmək məqsədi daşıyır" dedi. Bəyanatda ailə, iş və işlə bağlı keçidlərin bu məhdudiyyətdən təsirlənməyəcəyi bildirilib və Rusiyadakı siyasi opponentlərin də humanitar səbəblərdən ölkəyə daxil olmağa cəhd edə biləcəyi bildirilib.

7NEWS.az

RƏYLƏR