Finlandiyalı pilot faciəvi şəkildə həlak oldu

OXUNUB: 519 DÜNYA

Finlandiyanın Kittil aeroportunda şəxsi təyyarənin pilotu  bədbəxt hadisə nəticəsində həyatını itirib.

İnsident bir gün əvvəl baş verib. Yerli polisin məlumatına görə, 20 oturacaqlı "Gulfstream G150” laynerinin kapitanı kabinaya daxil olan zaman qapı qəfil bağlanıb və pilot onun arasında qalıb. O, aldığı xəsarətdən pilotun hadisə yerində keçinib.

"Zərbədən təyyarənin qapısının bəzi fraqmentləri 10 metrdən çox məsafəyə qədər səpələnib. Göyərtədə nəsə baş verib. Hadisə ilə bağlı hələlik qaranlıq qalan digər məsələlər də var. Biz hadisəni təfsilatlı şəkildə araşdırırıq”, – deyə Finlandiyanın aviasiya hadisələrinin araşdırılması  üzrə bürosunun nümayəndəsi Sakari Lauriala yerli telekanala verdiyi müsahibədə  bildirib.

Həlak olan pilotun 50 yaşlı Almaniya vətəndaşı olduğu müəyyənləşib. Hadisə anında göyərtədə ondan başqa heç kim olmayıb./oxu

İcmal.Az

RƏYLƏR