Fırtınada itkin düşmüş 350 balıqçı xilas edildi

OXUNUB: 672 DÜNYA

Hindistanın cənub-qərb hissəsində tüğyan edən "Okxi” qasırğası nəticəsində itkin düşmüş 350-dən çox balıqçı xilas edilib.

Axtarış-xilasetmə əməliyyatlarına Hindistan Hərbi-Dəniz Qüvvələri, sahil mühafizəsi və Hərbi-Hava Qüvvələri cəlb edilib. Ümumilikdə dəniz itkin düşmüş 357 balıqçı xilas edilib.

Təbii fəlakət nəticəsində azı 14 nəfər ölüb, yüzlərlə şəxs xəsarət alıb. Onlarla insan itkin düşmüş hesab edilir. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir./publika

 

İcmal.Az

RƏYLƏR