Fiziki məhdud uşaqlar üçün “Sosiallaşma proqramı” adlı tədbir keçirilib

OXUNUB: 575 SOSİAL

Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyin nəzdində yaradılan "Gənclər şöbəsi” nin təşəbbüsü "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin dəstəyi ilə fiziki məhdud uşaqlar üçün "Sosiallaşma proqramı” adlı tədbir keçirilib.

       Tədbirdə PXTİB – nin Gənclər şöbəsinin fəalları, 55 nömrəli tam orta məktəbin müəllimləri və fiziki məhdud olan uşaqların valideynləri iştirak ediblər.

        Tədbir zamanı uşaqlar üçün musiqi proqramı, rəsm, face – art, rəqslər və viktorinalar təşkil edilib. Fiziki məhdud uşaqların cəmiyyətə sosiallaşması məqsədilə keçirilən tədbir uşaqlar və onların valideynləri tərəfindən müsbət qiymətləndirilib.

 

İcmal.Az

RƏYLƏR