Floridada gəmi kazinosunda yanğın olub, xəsarət alanlar var - VİDEO

OXUNUB: 514 DÜNYA

ABŞ-ın Florida ştatında gəmi kazinosunda yanğın olub.

Bu barədə "ABC" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə zamanı azı 15 nəfər xəsarət alıb. Qeyd edilir ki, yanğın gəmi Port-Riçi şəhəri sahilində sahildəən aralanan kimi baş verib.

Hadisə zamanı 50 nəfəri operativ şəkildə təxliyyə etmək mümkün olub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hələlik yanğının səbəbləri barədə məlumat verilmir./report

 İcmal.Az

RƏYLƏR