“Formula-1”-də Azərbaycan bayrağı ilə bağlı səhv düzəldildi - FOTO

OXUNUB: 207 İDMAN

"Formula-1” yarışı üçün hazırlanmış tribunalardan birinin üzərindəki bayraqla bağlı səhv aradan qaldırılıb.

Bu barədə Oxu.Az-ın yarışlara akkreditasiya olunmuş müxbiri məlumat verib.

Qeyd edək ki, ötən gün "Formula-1”-i izləməyə gələnlərin əyləşəcəyi tribunalardan birinin üzərində yerləşdirilən bayrağın rəngləri dəyişik düşmüşdü.

Belə ki, bayrağımızın rəngləri – yaşıl və mavi rənglər dəyişik salınmış, aypara-ulduz səhv istiqamətdə vurulmuşdu.

Hazırda səhv aradan qaldırılıb və Azərbaycan bayrağı düzgün formada tribunalarda yerləşdirilib. 

 

 

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}