“Formula-1”-də Azərbaycan bayrağının rəngləri dəyişik düşdü – FOTO

OXUNUB: 207 İDMAN

Sabahdan Azərbaycanda "Formula-1” üzrə növbəti Qran-Pri yarışına start veriləcək. 

İcmal.Az xəbər verir ki, yarış öncəsi Media.Az saytı təşkilatçılar tərəfindən böyük yanlışlığa yol verildiyini aşkarlayıb.

Saytın məlumatına görə, təşkilatçılar "Formula-1” izləməyə gələnlərin əyləşəcəyi tribunanın üzərində Azərbaycan bayrağını əks etdirmək istəyiblər. Lakin bu zaman ciddi nöqsana yol verilib və bayrağın rəngləri dəyişik düşüb. 

Belə ki, bayrağımızın rəngləri – yaşıl və mavi rənglər dəyişik salınıb, aypara-ulduz səhv istiqamətdə vurulub. 

Həmin görüntüləri təqdim edirik:

 

İcmal.Az

RƏYLƏR