Formula-1 pilotları klassik avtomobillərlə yürüş ediblər – FOTO

OXUNUB: 784 SOSİAL

Formula-1 Azərbaycan Qran-Prisində iştirak edən Red Bull Racing komandasının pilotları Daniel Rikkardo və Maks Verstappen Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi klassik avtomobillərlə Bakıda yürüş ediblər.

Bu barədə İcmal.Az-a Heydər Əliyev Mərkəzindən məlumat verilib.

Pilotlar həm də mərkəzdəki klassik avtomobil sərgisində fanatları, media nümayəndələri ilə görüşüblər.

Onlar klassik avtomobillərlə və fanatları ilə fotosessiya çəkdiriblər.

 

İcmal.Az

RƏYLƏR