Formula-1 sahibinin qızı boşanır: 6 milyard dollarlıq çəkişmə - FOTO

OXUNUB: 29 İDMAN

Beynəlxalq Formula-1 avtoçempionatına sahiblik hüququnu "Liberty Media” korporasiyasına satmış milyarder Berni Ekklstounun qızı Petra Ekklstoun 6 ildən bəri nikahda olduğu əri Ceyms Stentdən boşanır.

Petra və Ceyms 2011-ci ildə İtaliyada evlənmişdilər. Qədim qəsrdəki toy 12 milyon dollara başa gəlmişdi.

Londondakı Mərkəzi Ailə Məhkəməsinə boşanma ərizəsi ilə müraciət etmiş 33 yaşlı Petra Ekklstoun bəyan edib ki, əri onunla çox kobud, qaba və tərbiyəsizcəsinə davranır, spirtli içkilər içir, narkotik maddələr qəbul edir.

P.Ekklstoun 8 milyard dollarlıq varidata malikdir.

Bundan başqa, məhkəmədə cütlüyün 2011-ci ildə Los-Ancelesdə 182 milyon dollara satın aldıqları malikanənin də taleyi həll olunacaq.

Üç övlad atası, 35 yaşlı Ceyms Stent boşanma təzminatı olaraq varidatın yarıya bölünməsini tələb edir. Bundan başqa, o, Londonun Çelsi səmtindəki 130 milyon dollarlıq malikanəni də istəyir./milli

İcmal.Az

 

RƏYLƏR