“Formula 2”də zəncirvari qəza baş verib

OXUNUB: 934 İDMAN

Bakıda keçirilən "Formula 2” yarışının VII mərhələsində zəncirvari qəza baş verib.

Hadisə trekin ən təhlükəli hissəsində - 8-ci döngədə olub.

Əvvəlcə Şon Gelaelın (İndoneziya, Pertamina Arden) idarə etdiyi bolid səddə çırpılıb. Arxadan gələn Sergey Sirotkin (Rusiya, ART Grand Prix), Nobuharu Matsuşita (Yaponiya, ART Grand Prix) və Qustav Malyanın (İsveç, Racing Engineering) idarə etdikləri bolidlər isə ardıcıllıqla bir-birlərinə çırpılaraq yararsız hala düşüblər.

Nəticədə sözügedən pilotlar yarışı yarımçıq dayandırıblar. Onların idarə etdikləri bolidlər kran vasitəsi ilə trasdan götürülüb.

Qeyd edək ki, hazırda davam edən yarışda daha əvvəl Antonio Fuoko (İtaliya, Prema Racing) ilə Coni Sekotto (Venesuela, Rapax) qəza törədərək mübarizəni dayandırıblar. /report

 İcmal.Az


RƏYLƏR