Fransa prezidenti Ərdoğana zəng etdi — "Jurnalisti sərbəst buraxın"

OXUNUB: 738 DÜNYA
Fransa prezidenti Emmanuel Makron türkiyəli həmkarına zəng edib.

Bu barədə məlumatı Yelisey sarayı açıqlama verərək duyurub. Açıqlamada deyilir ki, Makron Ərdoğandan həbsdə olan fransız jurnalistin azadlığa buraxılmasını istəyib.

Makron Ərdoğanla telefon danışığında jurnalistin həbsi ilə bağlı narahat olduğunu bildirib və Türkiyə prezidentinə "vətəndaşının ən qısa müddət ərzində Fransaya qayıda biləcəyi" barədə tələbini çatdırıb.

Yelisey sarayının açıqlamasında eyni zamanda qeyd edilib ki, iki lider gələn həftə fransız jurnalistlə bağlı yenidən görüşəcək.

Qeyd edək ki, fransız jurnalist 26 iyul tarixində PKK-nın Suriya qolu YPG ilə bağlı reportaj hazırladığı üçün saxlanılıb./olke.az
 
 
 İcmal.Az
 

RƏYLƏR