Fransa XİN rəhbəri Bakıya gəlir

OXUNUB: 689 SİYASƏT

Fransanın xarici işlər naziri Jan-İv Le Drian mayın 27-də Bakıda səfərdə olacaq.

İcmal.Az-ın verdiyi məlumata görə, səfər çərçivəsində Le Drian Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində Le Drian Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşlər keçirəcək.

Tərəflər iki ölkə arasında əməkdaşlığın, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələləri müzakirə edəcəklər.

İcmal.Az

RƏYLƏR