Fransada ata və qızı qar uçqununa düşərək öldü

OXUNUB: 547 DÜNYA

Fransanın şərqində yerləşən Savoyya departamentinin dağlıq ərazisində baş verən qar uçqunu nəticəsində iki nəfər həyatını itirib.

 Bu barədə yerli polisə istinadən "Franc Press" məlumat yayıb.

Bildirilir ki, 43 yaşlı Paris sakini və onun 11 yaşlı yeniyetmə qızı 7 xizəkçidən ibarət qrupun tərkibində qar uçqunu təhlükəsinin yüksək olması səbəbindən bağlı olan Kobm dö Jean dağları zonasındakı Val-d`İzer dağ kurortu yaxınlığında sürüşürlərmiş.

BFM telekanalının məlumatına görə, qar uçqunu 3 min metrdən çox yüksəklikdə baş verib.

Xilasedicilər ata və qızının cəsədini 2 min 930 metr yüksəklikdə tapıblar.

İnsan ölümü faktı ilə bağlı Albervil şəhər prokurorluğu araşdırma aparır. /report

İcmal.Az

RƏYLƏR