Fransada erməni əmək naziri ola bilər – FOTO

OXUNUB: 875 DÜNYA

Erməni əsilli Astrid Panosyan Fransanın yeni prezidenti Emmanuel Makronun hakimiyyətində əmək naziri vəzifəsini tuta bilər. 

Bu barədə "Nouvelles d'Armenie” nəşri məlumat yayıb.

Astrid panosyan Ali imperiya məktəbinin, eləcə də Paris Siyasi tədqiqatlar İnstitutunun diplomuna sahibdir. 

Astridin həmçinin Harvard Universitetinin dövlət idarəçiliyi üzrə magistr dərəcəsi də var. 

Panosyan Amerikanın "AT Kearney” konsaltinq şirkətində məsləhətçi, Fransa "Groupama” sığorta şirkətinin baş katib işləyib

2015-ci ildən o, fransız-niderland "Unibail-Rodamco” əmlak şirkətinin baş direktorudur. /oxu.az

İcmal.Az

RƏYLƏR