Fransada ermənilərdən ibarət cinayətkar qrup həbs edildi

OXUNUB: 898 DÜNYA
Fransanın Bordo, Nant, Nitsa, Puate və Paris şəhərlərində ermənilərdən ibarət 14 nəfərlik cinayətkar qrup həbs edilib.

Həbs olunan ermənilərin hansı ölkələrin vətəndaşı olduqları açıqlanmayıb. 

Polis əməkdaşı Jan-Mark Droqe deyib ki, Renna polisi bir il ərzində bu qrupun fəaliyyəini araşdırıb: "Həmin cinayətkarlar fahişələri silahla qorxudaraq, onları pul ödəməyə məcbur ediblər. 14 nəfərlik qruplaşma artıq məhkəmə qarşısına çıxarılıb. Onların 8-i xüsusi təhlükəli cinayətkarlardır. Qruplaşma üzvlərinin hamısı kişilərdir. Onların yaşı təxminən 30 civarındadır. Bu cinayətkar qrup suteneyorluqla yanaşı, müxtəlif mafioz işlərlə də məşğul olub. Bu qrup fahişələri elə qorxudub ki, onlar başlarına gələnləri polisə deməkdən də çəkiniblər"./report
 

İcmal.Az

RƏYLƏR