Fransada məsciddə yaşlı bir kişi atəş açıb

OXUNUB: 570 DÜNYA
Fransanın Bayonna şəhərində yaşlı kişi bir məscidin ziyarətçilərini güllələyib, 2 nəfər yaralanıb. Atlantik Pirineyalar Polis İdarəsi şübhəli bilinən şəxsin tutulduğunu bildirib. İlkin məlumatlara görə, silahla hücum edən şəxs yerli vaxtla saat 15:00 radələrində məscidin girişində ziyarətçiləri vurub, eyni zamanda binaya Molotov kokteyli atıb. Ən azı 74 və 78 yaşlı iki nəfər yaralanıb, biri sinə nahiyəsindən ağır yaralanıb. Polis Sent-Martin-de-Senan kommunasında şübhəli şəxsi saxlayıb.

RƏYLƏR