Fransada prezident seçkiləri bitdi - Emmanuel Makron qalib gəldi

OXUNUB: 1261 Özəl DÜNYA

Fransada prezident seçkilərinin ilkin nəticələrinə görə, İrəli hərəkatının lideri 39 yaşlı Emmanuel Makron qalib olub.

İcmal.az xarici KİV-lərə istinadən xəbər verir ki, hazırda Makronun tərəfdarları əllərində bayraqlarla Luvr muzeyinin qarşısına axışır. Məlumata görə, ikinci turda Makronun rəqibi radikal sağçı Marin Le Pen 34.9 faiz səs toplayıb. Bildirilir ki, prezident seçkilərini uduzan Le Penin aldığı faizi radikal sağçıların əldə ətdiyi ən yüksək səs faizi olub.

Fransanın yeni prezidenti Makron AFP-yə açıqlamasında "Bu zəfər, Fransa üçün ümidin yeni səhifəsidir. Tariximizdə ümid və güvən dolu yeni bir səhifə açdıq” deyib.

Seçkiləri uduzan Le Pen rəqibi Makrona zəng edib. Məlumata görə, o, "Seçiciləri sistemi seçdi” deyib.

Qeyd edək ki, Le Pen seçki kampaniyası müddətində Makrona səs verilərsə, köhnə sistemin davam edəcəyini bildirirdi.

RƏYLƏR