Fransada saxlanılan rusiyalı senator zəmanətlə azadlığa buraxıldı

OXUNUB: 811 SİYASƏT

Ötən gün Fransanın Nitsa şəhərində saxlanılan Rusiya Federasiya Şurasının üzvü, sahibkar Süleyman Kərimov 5 milyon avro məbləğində zəmanətlə azadlığa buraxılıb.

İcmal.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Nitsa şəhər prokuroru Jan-Mişel Pretr bildirib.

Eyni zamanda S.Kərimova Fransanı tərk etmək qadağan edilib.

Qeyd edək ki, "Nafta-Moskva" şirkətinin sahibi, 51 yaşlı Süleyman Kərimov vergidən yayınma və çirkli pulların yuyulmasında ittiham olunur.  "Forbes” jurnalına əsasən, S.Kərimovun sərvəti 2016-cı ildə 1.6 milyard dollar təşkil edib.

İcmal.Az

RƏYLƏR