Fransada terror aktı törətməyə hazırlaşan keçmiş hərbçi saxlanıldı

OXUNUB: 1042 DÜNYA
Fransada saxlanılan keçmiş hərbçi İŞİD terror təşkilatı adına terror aktı törətməyi planlaşdırdığını etiraf edib.


Adı açıqlanmayan 34 yaşlı kişi Parisin şimalında, Evryo şəhərində yerləşən hərbi bazada saxlanılıb.

Keçmiş əsgərin avtomobilində özünün İŞİD tərəfdarı olduğunu etiraf edən informasiyanın olduğu fləşka aşkarlanıb. Eyni zamanda, yaxınlıqda tüfəng, iki tapança və sursat da aşkarlanıb.

Qeyd edək ki, 10 il hərbi xidmətdən sonra 2013-cü ildə ordudan tərxis olunan hərbçi radikal baxışlarına görə 2014-cü ildən Fransa xüsusi xidmət orqanları tərəfindən izlənməyə başlanıb./APA
 
İcmal.Az

RƏYLƏR